Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda pambıq yığımına başlanılıb

21 sentyabr 2022 | 17:40
Yevlaxda pambıq yığımına başlanılıb
Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Ötən il hər hektardan orta hesabla 31,5 sentner "ağ qızıl" tədarük edən yevlaxlı pambıqçılar bu məhsuldarlığı daha da artırmağı qarşıya məqsəd qoyublar.
2022-ci ildə rayonda 2002,24 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 700 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında olmaqla, 2702,24 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Havaların əlverişli keçməsi pambıq sahələrindən məhsulun tez və itkisiz yığılmasına şərait yaradır. Bu il rayonda pambığın orta məhsuldarlığının 35 sentnerdən yuxarı olması gözlənilir.
Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün pambıq yığımına minlərlə rayon sakini cəlb edilir. Yığılan məhsul Yevlaxda yerləşən pambıq qəbulu məntəqələrinə təhvil verilir.
Keçidlər