Yevlaxda pambıq yığımı davam edir
16 noyabr 2022 | 10:23
Yevlaxda pambıq yığımı davam edir
2022-ci ildə Yevlax rayonunda 2702,2 hektar pambıq bitkisi əkilməsi üçün 195 fermer 2002,2 hektar sahədə “MKT İstehsal Kommersiya” MMC ilə, 115 fermer isə 700,0 hektar sahədə “P-Aqro” MMC ilə müqavilə bağlayaraq pambıq əkmişdir. Mövsüm ilində 310 fermerlərin ərazisində əkilmiş 2702,2 hektar pambıq sahəsində aqro texniki qaydalara əməl etməklə yüksək səviyyədə becərmə işləri aparılmışdır. Düzgün aqrotexniki qaydalara əməl edilməsi nəticəsində də pambıq sahələrində yüksək məhsuldarlıq yaranmışdır. Pambıq sahələrindən 36,0 sentnerdən artıq məhsul gözlənilir. Hazırda rayonda pambıq yığımı bir aydan artıqdır ki, davam edir və pambıq yığımına 731 nəfər işə cəlb edilmişdir. Eyni zamanda pambıq yığımında 12 ədəd pambıq yığan konbayın, 40 ədəd pambığın daşınması üşün traktor, 74 ədəd pambığın daşınması üçün qoşqu, 11 ədəd dərman səpən, 3 ədəd pambıq yükləyici texnikalar işə cəlb edilmişdir. Fermerlər tərəfindən bu ilki mövsüm ilində hədəf 9500 tonu keçməkdir. Pambıq sahələrində məhsul yığımı davam edir və fermerlər arasında məhsuldarlıq uğrunda rəqabət gedir. Hazırda sahələrimizdə bol məhsul var və pambıq yığımı davam edir.
Məlumat üçün bildirik ki, 2019-cu ilin pambıq mövsümündə 2407 hektar pambıq bitkisi əkilmiş əkin sahələrindən 6348 ton məhsul yığılmış, məhsuldarlıq 26,4 sentner olmuşdur. 2020-ci ilin pambıq mövsümündə 2330 hektar pambıq bitkisi əkilmiş əkin sahələrindən 8149 ton məhsulu yığılmış, məhsuldarlıq 35,0 sentner olmuşdur. 2021-ci ilin pambıq mövsümündə 2328 hektar pambıq bitkisi əkilmiş əkin sahələrindən 7326 ton məhsulu yığılmış, məhsuldarlıq 31,5 sentner olmuşdur. 2022-ci ilin pambıq mövsümündə isə Yevlax rayonunda 2702,7 hektarda pambıq becərilmişdir. Əkin sahələrindən bu günədək 7451,84 ton pambıq məhsulu tədarük olunmuşdur. Pambıq sahələrində məhsul yığımı davam etdirilir.