Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda pambıq səpininə başlanılıb

03 may 2024 | 15:00
Yevlaxda pambıq səpininə başlanılıb
Son illər respublikamızda kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafına diqqət xeyli artırılıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu mühüm təsərrüfat sahəsinə göstərdiyi diqqət və qayğıdan ruhlanan pambıqçılar fədakarlıqla çalışır, hər il böyük uğurlar qazanırlar. Ölkəmizin iri pambıqçılıq bölgələrindən sayılan Yevlax rayonunda da bu istiqamətdə önəmli addımlar atılır. Bu gün rayonumuzun pambıqçıları respublikada qabaqcıllar sırasında layiqli yer tuturlar. Təsadüfi deyildir ki, ötən 2023-cü ildə rayon üzrə 1888,3 hektar əkin sahəsindən 6 min 755 tondan çox pambıq istehsal olunub, hər hektardan 35,8 sentner məhsul götürülərək Yevlax rayonu pambıq məhsuldarlığına görə respublikada üzrə 1-ci yerdə qərarlaşmışdır. Yevlax pambıqçıları 2024-cü təsərrüfat ilində də bol məhsul yetişdirmək əzmindədirlər. Cari ildə bölgə ərazisində 2465 hektara yaxın əkin sahəsində pambıq əkilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq, 209 fermer 2108,4 hektar sahədə “MKT” İstehsal Kommersiya MMC ilə, 56 fermer 356,0 hektar sahədə “Goran Cotton” MMC ilə müqavilələr bağlanıb. Rayonun bütün təsərrüfatlarında pambıq mövsümünə hazırlıq başa çatdırılıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılır. Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb. Aprel ayının 7-də təsərrüfatlarda çiyid səpini kampaniyasına start verilib. Bu il sahələrdə rayona emal müəssisələri tərəfindən gətirilmiş yüksək keyfiyyətli pambıq sortları yetişdiriləcək. Traktorlar, səpin aqreqatları və digər texniki vasitələr səpin işlərinə səfərbər olunub.
Keçidlər