Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Od çərşənbəsi təntənəli şəkildə qeyd olunmuşdur

05 mart 2024 | 21:26
Yevlaxda Od çərşənbəsi təntənəli şəkildə qeyd olunmuşdur
Ölkəmizin qədim bayramlarından olan Novruz, yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir.
Mart ayının 5-də Yevlaxda çərşənbələrdən ikincisi olan od çərşənbəsi təntənəli şəkildə qeyd olunmuşdur. Şəhərin mərkəzində Od çərşənbəsinin rəmzi olan tonqal qalanmışdır. Rayon incəsənət ustalarının ifa etdikləri xalq mahnıları,nümayiş etdirdikləri Novruz bayramına həsr olunmuş ədəbi-bədii kompozisiyalar,Novruz bayramının personajları olan Kosa və Keçəlin çıxışları sakinlərin böyük marağına səbəb oldu.
Keçidlər