Yevlaxda od çərşənbəsi qeyd olunub
03 mart 2026 | 17:29
Yevlaxda od çərşənbəsi qeyd olunub
Martın 3-də ölkəmizdə Od çərşənbəsi qeyd olunur. Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir. Od müqəddəslik rəmzi kimi bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Bu çərşənbənin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur.
Yevlaxda Şəhər İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax Şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə od çərşənbəsi qeyd olunub. Tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısı aparatının məsul əməkdaşları, rayonun təhsil müəssisələrinin rəhbərləri, əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bayram tonqalı ətrafina toplaşanlar üçün Yevlax Şəhər Mədəniyyət Mərkəzinin kollektivinin ifasında bayram proqramı, od çərşənbəsinə aid musiqilər, folklor nümunələri təqdim edilib. Novruz personajları Kosa və Keçəl və Bahar Qız mərasimə xüsusi rəng qatıblar.






