Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Od çərşənbəsi qeyd edilmişdir

04 mart 2025 | 19:55
Yevlaxda Od çərşənbəsi qeyd edilmişdir
Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Novruz bayramı dörd əsas çərşənbəni – Su, Od, Yel və Torpaq çərşənbələrini özündə birləşdirir. Bunlardan ikincisi Od çərşənbəsidir. Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Od, tonqal istiliyin rəmzidir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir.
Yevlaxda hər il olduğu kimi bu il də od çərşənbəsi xüsusi qeyd olunmuşdur. Belə ki,martın 4-də Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan Od çərşənbəsinə həsr olunmuş tədbirdə bayram tonqalı qalanmış, Şəhər Yaradıcılıq Evinin kollektivlərinin hazırladıqları bayram əhval-ruhiyyəli proqram, Novruz bayramına həsr olunmuş şən musiqilər, gözəl rəqslər sakinlərə xoş ovqat bəxş etmişdir.
Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi isə bayram tədbirinə rəng qatmışdır.
Keçidlər