Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Novruzun gəlişi yüksək əhval-ruhiyyə ilə qarşılanıb

19 mart 2024 | 11:00

Yevlaxda Novruzun gəlişi yüksək əhval-ruhiyyə ilə qarşılanıb

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən milli adət-ənənələrimizi özündə yaşadan, mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan, Azərbaycan xalqının  birliyini, saflığını, əmin-amanlıq və həmrəyliyini əks etdirən el bayramı, Novruz bayramı münasibətilə şəhərdəki Heydər Əliyev sarayının qarşısında geniş konsert proqramı təşkil olunmuşdur.

Konsertdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev,rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərliyi, kollektivi şəhid ailələri, qazilər, müharibə veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsertdə Dədə Qorqud və Bahar qızının çıxışları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları, populyar müğənnilər-Rüfət Axundovun, Xatun Əliyevanın, həmçinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Yevlax Şəhər Mədəniyyət Mərkəzinin solistləri Sabir Hüseynovun, Rəşad Hüseynovun, Orxan Əkbərovun, Xan Quliyevin, Günel Kamalın ifaları sakinlərə əsl bayram əhval-ruhiyyəsi bəxş edib.

Keçidlər