Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət edildi

20 mart 2023 | 11:45

Yevlaxda Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət edildi

Yevlaxda Ölkə Başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların qayğıları ilə maraqlanılır,  şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşılır və mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, hüquq mühafizə orqanlarının rəhbərləri və icra hakimiyyətinin nümayəndələri Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Şəhər rəhbəri görüş zamanı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan möhtəşəm Qələbədən danışdı. Təbiətin canlanması, yeni fəslin gəlişinin müjdəçisi, bolluq, bərəkət rəmzi olan Novruz bayramı münasibətilə şəhid ailələrini təbrik edərək Ulu öndər Heydər Əliyevin  Novruzu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar, xalqımızın milli ruhunu və yaddaşını, daxili aləmini bütün zənginliyi ilə yaşadan bayram kimi xarakterizə etdiyini vurğuladı. Qeyd etdi ki, qəhrəman şəhidlərimiz və igid oğullarımız sayəsində artıq 3 ildir ki, Novruz tonqalı  işğaldan azad olunmuş torpaqlarımızda da şölələnir. Bu gün bütöv Azərbaycan olaraq baharın gəlişini böyük  sevinc və zəfər ruhu ilə  qeyd edirik.

Şəhər rəhbəri Möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğından geniş bəhs edərək bildirdi ki, Ölkə rəhbərliyi tərəfindən hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir, onların problemlərinin qısa zamanda həlli istiqamətində lazımi tədbirlər görülür.

 Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Möhtərəm Preizdentimiz cənab İlham Əliyevə və Birinci Vitse-Prezidentimiz hörmətli  Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər