Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir

17 mart 2025 | 12:31
Yevlaxda Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir
Yevlax şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda xalqımızın ən gözəl bayramı olan, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə tədbir keçirilmişdir. Bayram tədbirində Yevlax Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun təhsil, mədəniyyət müəssisələrinin rəhbərliyi, kollektivi, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon sakinləri iştirak etmişlər.
Bayram tədbirinin gedişində Yevlax rayonu üzrə Təhsil sektorunun və Yevlax şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri tərəfindən nümayiş etdirilən milli adət-ənənələrimizi özündə əks etdirən əl işlərindən ibarət sərgi, Novruz xonçaları, səmənilər, məktəblilərin ifa etdikləri mahnı və rəqslər tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.
Keçidlər