Yevlaxda Novruz bayramına hazırlıq işləri görülür
13 mart 2026 | 16:06
Yevlaxda Novruz bayramına hazırlıq işləri görülür
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Xalqımızın qədim bayramlarından olan Novruz bayramı ilə əlaqədar ənənəvi olaraq hazırlıq işləri aparılıb. Şəhərin küçə və prospektlərində, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında Novruz ab-havasına uyğun tərtibat işləri aparılıb, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri, gecə işıqlandırılması quraşdırılıb.
Yevlax Şəhər İcra Hakimiyyətinin qarşısında bayram günlərində sakinlərə xidmət etmək üçün 8 köşkdən ibarət olan yarmarka sahəsi yaradılıb.
Novruz bayramına hazırlıq işləri həm rayon sakinlərinin, həm də rayonda olan qonaqların, böyük marağına marağına səbəb olub.






