Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Novruz bayramı münasibətilə keçirilən bayram tədbirləri davam etdirilib

17 mart 2023 | 15:42
 
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın ən əziz bayramı olan Novruz bayramı münasibəti ilə keçirilən təntənəli bayram şənliyində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları,ümumrayon məktəblərinin müəllim və şagird kollektivi, rayon sakinləri iştirak ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Novruz bayramı münasibətilə rayon sakinlərinə səmimi təbriklərini çatdırıb, onlara bol ruzi-bərəkət, xalqımıza əmin-amanlıq arzulayıb. Rayon rəhbəri tədbirdə məktəblilərin milli bayramımızı simvolizə edən əl işlərindən ibarət böyük sərgi ilə tanış olub. Daha sonra Yevlaxın gənc idmançıları meydanda idmanın müxtəlif növləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Novruz bayramının əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.
Yevlax mədəniyyət işçilərinin və rəqs qruplarının ifasında milli-mədəni dəyərlərimizin rəmzi sayılan mahnılardan, rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Keçidlər