Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti vətəndaş qəbulu keçirildi

19 iyul 2022 | 16:01

Yevlaxda növbəti vətəndaş qəbulu keçirildi

Yevlax Şəhər İcra Hakimiyyətinin qəbul otağında Şəhər  İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tərəfindən növbəti vətəndaş qəbulu keçirildi.

Şəhər Rəhbəri qəbula gələn Şəhid ailələri və qaziləri növbəsiz qəbul edərək problemlərini dinlədi, əməli işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verdi.

Qəbula yazılan vətəndaşların işlə təmin olunma, ünvanlı sosial yardımın təyin edilməsi qaz çəkilişi, bələdiyyə torpağı ilə təmin oluma və digər məsələlərlə bağlı müraciətlərini dinlədi. Vətəndaşlar tərəfindən səsləndirilən İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verildi, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alındı.

Qəbulda iştirak edən sakinlər problemlərinə həssaslıqla yanaşıldığı üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər