Yevlaxda növbəti təmizlik aksiyası keçirildi
11 iyun 2023 | 11:11
Yevlaxda növbəti təmizlik aksiyası keçirildi
Yevlax Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Kür çayının Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən hissəsində, Varvara su anbarının yaxınlığında iməclik aksiyası keçirilmişdir. Aksiya zamanı çayın ətrafı məişət tullantılarından təmizlənmişdir.
Aksiyada rayonun idarə müəssisələrinin, Yevlax “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və ictimayyət nümayəndələri iştirak etmişdir.