Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti səyyar qəbul rayonun Bəydili kəndində keçirildi

19 sentyabr 2023 | 14:09
Yevlaxda növbəti səyyar qəbul rayonun Bəydili kəndində keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu rayonun Bəydili sakinləri ilə keçirmişdir. Qəbulda ŞİHB aparatının məsul şəxsləri,rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək son illərdə respublikamızın o cümlədən Yevlax rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verdi.
Qəbulda iştirak edən sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilmiş, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər