Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti səyyar qəbul keçirildi,sakinlərin müraciətləri dinlənildi

02 may 2024 | 15:18
Yevlaxda növbəti səyyar qəbul keçirildi, sakinlərin müraciətləri dinlənildi
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarına əsasən əhali ilə sıx təmasda olmaq, onların problemlərin və suallarını dinləmək və bu problemləri operativ şəkildə aradan qaldırmaqdan məqsədilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev təsdiq olunmuş qrafik üzrə hər həftə şəhərdə, rayonun kənd və qəsəbələrində səyyar qəbul keçirir.
Şəhər rəhbərinin növbəti səyyar qəbul ŞİH aparatının məsul şəxslərinin,rayonun hüquq-mühafizə orqanlarının, aidiyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Şəhərin Q.Quliyev küçəsi 4,6, və Yeni Yevlax küçəsi 5 saylı binaların həyətindəki abad məhəllədə keçirildi.
Şəhər İcra Hakimiyyətinin Başçısı qəbul zamanı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər regionunda olduğu kimi Yevlaxda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını, rayon sakinlərinin rifahının daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə ətraflı izahatlar verdi.
Qəbulun gedişində Şəhər İcra Hakimiyyətinin Başçısı müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə yaşadıqları ərazdən kütləvi şəkildə, zorla deportasiya olunan azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi məqsədilə yaradılmış "Qərbi Azərbaycan İcması" haqqında geniş məlumat verdi. Xüsusilə, Qərbi Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün “Qərbi Azərbaycan İcmasının” Youtube”, “Facebook”, “İnstagram”, “TikTok” və “Twitter” sosial şəbəkələrindəki səhifələrinə abunə olunmasının və paylaşımların aktiv bəyənilməsinin vacibliyindən danışdı. Həmçinin qeyd etdi ki, bu məlumatların dünya gündəmində qalması üçün səhifələrin izlənmə və bəyənilmə göstəriciləri yüksək olmalıdır.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə Şəhər İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənildi, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Sakinlər onlara yaradılan şəraitə və müraciətlərinə həssaslıqla yanaşıldığı üçün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər