Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti Şəhid ailəsi ilə görüş keçirildi

24 may 2023 | 13:16
Yevlaxda növbəti Şəhid ailəsi ilə görüş keçirildi
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz işğal altında olan torpaqlarımızı azad etməklə tarix yazdı. Qazanılan Şanlı Qələbə nəticəsində Ölkəmiz tarixinin ən qüdrətli dövrünü yaşayır.
Vətən Müharibəsi bizim şanlı tariximizin qızıl səhifəsidir, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn qəhrəmanların ailələrinə, yaralanan qazilərə Yevlax rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev mütəmadi olaraq şəhidlərin ailə üzvləri ilə görüşür, onların problemlərini dinləyir, əlamətdar günlərdə, bayramlarda bu kateqoriyadan olan insanlara baş çəkir, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Bu kateqoriyadan olan şəxslərin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və qaldırdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Növbəti ziyarət zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 44 günlük Vətən Müharibəsində canını vətənimizin azadlığı uğrunda fəda edən, mayor Budaqov Rəşad Ramiz oğlunun ailəsi ilə görüşmüşdür. Görüşdə vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”-u ətrafında birləşən Azərbaycan xalqı döyüş meydanında düşmən üzərində şərəfli Qələbə qazanaraq torpaqları işğaldan azad etmişdir. Möhtərəm Cənab Prezidentimizin diqqət və qayğısı ilə şəhidlərimizin xatirəsi daim əziz tutulur. Şəhər rəhbəri vurğulayıb ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş Rəşad Budaqovun simasında bütün şəhidlərin şərəfli ömür yolu gənclər üçün örnəkdir.
Rəşad Budaqov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli"Rəşadət" ordeni ilə təltif edilib.
Ziyarət zamanı öz arzu və istəklərini bildirən Şəhidin anası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
Keçidlər