Yevlaxda növbəti qanvermə aksiyası keçirilib
06 fevral 2023 | 14:16
Yevlaxda növbəti qanvermə aksiyası keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub. Şəhər İcra Hakimiyyəti Başçısı aparatının və onun struktur bölmələrinin,YAP Yevlax rayon təşkilatının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının, eləcə də rayon sakinlərinin iştirakı ilə keçirilən qanvermə aksiyası ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək məqsədi ilə keçirilib.
Məlumat üçün bildirək ki, talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi sürətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci il fevral ayının 8-dən Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.