Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti küçəyə yeni asfalt örtüyü salınmışdır

05 yanvar 2026 | 15:35
Yevlaxda növbəti küçəyə yeni asfalt örtüyü salınmışdır
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçə və prospektlərinin abadlaşdırılması işləri davam etdirilir.
Görülən işlər çərçivəsində indiyədək heç vaxt təmir işləri həyata keçirilməmiş uzunluğu 459, eni 8,60 metr olan Abbas Səhhət küçəsinə giriş-çıxış yolları da daxil olmaqla 3947 kv metr yeni asfalt örtüyü salınmışdır.
Həmçinin,piyadaların rahat hərəkətini təmin etmək üçün yol boyunca eni 2 metr olan səkiyə 1351 p/metr beton səki daşları, 900 kv metr tamet piltə örtüyü düzülmüşdür.
Bundan başqa küçədə 16 ədəd elektrik dirəyindən ibarət olmaqla, yeni müasir tipli işıqlandırma sistemi yaradılmışdır.
Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçə və prospektlərinin abadlaşdırılması işləri mərhələli şəkildə davam etdirilir.
Keçidlər