Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti iməcilik təşkil olunub

05 sentyabr 2026 | 12:28
Yevlaxda növbəti iməcilik təşkil olunub
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin qorunması və şəhərin estetik görünüşünün daha da yaxşılaşdırılması məqsədilə növbəti iməcilik təşkil olunub.
İməcilik çərçivəsində Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən şəhərin müxtəlif ərazilərində mövcud yaşıllıqlara və ağaclara qulluq göstərilib, həmişəyaşıl ağac və bitkilərin suvarılması həyata keçirilib. Yaşıllıq sahələrinin mövcud vəziyyəti nəzarətdə saxlanılaraq onların sağlam inkişafının təmin edilməsi istiqamətində zəruri işlər görülüb. Bununla yanaşı, ərazidə qurumuş ot və bitki qalıqları, eləcə də digər tullantılar ərazilərdən toplanaraq təmizlənib və müəyyən olunmuş qaydada daşınması təmin olunub.
Qeyd edək ki, şəhərin abadlaşdırılması, yaşıllıq sahələrinə mütəmadi qulluq göstərilməsi və ətraf mühitin mühafizəsi istiqamətində tədbirlər Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən bundan sonra da davam etdiriləcək.
Keçidlər