Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti iməcilik təşkil edilib

01 avqust 2026 | 16:15
Yevlaxda növbəti iməcilik təşkil edilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhərin ekoloji tarazlığının qorunması, abadlıq, yaşıllaşdırma işlərinin genişləndirilməsi və təmizliyin təmin olunması məqsədilə növbəti iməcilik təşkil edilib.
İməcilik zamanı Yevlax Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən prospekt və küçələr, park və xiyabanlar, yaşıllıq zolaqları, yolkənarı ərazilər təmizlənib, alaq otları biçilib, ağac və yaşıllıqlar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Eyni zamanda, toplanmış məişət tullantıları texnikalar vasitəsilə müəyyən olunmuş ərazilərə daşınıb, şəhərin sanitariya vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Yevlax şəhərinin daha təmiz, abad və yaşıl şəhərə çevrilməsi istiqamətində bu cür tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Keçidlər