Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti iməcilik keçirilib

04 oktyabr 2023 | 11:58
Yevlaxda növbəti iməcilik keçirilib
Belə ki, Şəhərin küçə və prospektlərində, parklarında, həmçinin rayon ərazisində səliqə-səhman və təmizliyin qorunaraq lazımi səviyədə saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində,rayonun kəndlərində, qəsəbələrində təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.
Şəhərin müxtəlif ərazilərində iməclik zamanı prospekt, küçələrin, yolların kənarlarında yaşıllıqlara qulluq olunub, dayanacaqlar yuyulub, ərazilərdə olan qurumuş otlar, tullantılar təmizlənib, zibillər daşınıb, digər abadlıq işləri görülüb.
Eyni zamanda rayonun Aran qəsəbəsi, Xaldan və Yuxarı Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin ərazilərində suvarma arxları lil və çöküntülərdən,kol-kosdan, Respublika əhəmiyyətli yolların rayon ərazisindən keçən hissəsinin kənarları məişət tullantıları, polietilen torbalardan təmizlənmiş və müəyyən edilmiş yerə daşınması təmin olunmuşdur.
Keçidlər