Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti iməcilik keçirilib

15 aprel 2023 | 15:34

Yevlaxda yaz-yay mövsümünün gəlişi ilə əlaqədar iməcilik keçirilmişdir. İməcilik zamanı Yevlax Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən şəhərin Heydər Əliyev prospekti boyu səki kənarlarının, bardürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib. İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. Həmçinin mövcud yaşıllıqlara qulluq göstərilib.

Keçidlər