Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda növbəti həyət abadlaşdırılır

02 sentyabr 2022 | 21:48

Yevlaxda növbəti həyət abadlaşdırılır

 

Yevlaxda  aparılan abadlıq-quruculuq işləri davam etdirilir. Bu işlər çərçivəsində şəhərin Heydər Əliyev prospekti 1-ci döngədə yerləşən 1 və 2 binaların həyəti abadlaşdırılır. Hazırda həmin ünvanda təmir işləri aparılır. 

Həyətdə sakinlərin istirahəti üçün lazımi şəraitin yaradılması məqsədilə yaşıllıq zolağının salınması, uşaq oyun meydançalarının, yeni oturacaq və söhbətgahların quraşdırılması planlaşdırılır. 

Yevlax Şəhər  İcra hakimiyyətinin Başçısı Anar Tağıyev həyətdə olub, aparılan işlərlə tanış olaraq müvafiq tapşırıqlarını verib.

Keçidlər