Yevlaxda “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası tərəfindən “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova,Yevlax rayon Polis Şöbəsinin rəis müavini Şahlar Cəfərov, Yevlax rayon Prokurorunun müavini kiçik ədliyyə müşaviri Emil Qurbanov, həkim-narkoloq Saleh Cəfərov, İcra Hakimiyyəti Başçısı aparatının, YAP Yevlax rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax sektorunun, Yevlax Mədəniyyət Mərkəzinin, Gənclər və İdman İdarəsinin məsul işçiləri, gənclər, səhiyyə işçiləri və valideynlər iştirak edib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova,Yevlax rayon Polis Şöbəsinin rəis müavini Şahlar Cəfərov, Yevlax rayon Prokurorunun müavini kiçik ədliyyə müşaviri Emil Qurbanov, həkim-narkoloq Saleh Cəfərov,YAP Yevlax rayon təşkilatının əməkdaşı Maqsud Süleymanlı narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları və digər məsələlərdən bəhs ediblər. Həmçinin bildiriblər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısı zəruridir.