Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda narkomaniyaya qarşı növbəti maarifləndirmə tədbiri keçirilib

29 aprel 2023 | 16:05
Yevlaxda narkomaniyaya qarşı növbəti maarifləndirmə tədbiri keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin və Yevlax Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Salahlı kənd tam orta məktəbində növbəti maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri-Narkomaniyaya qarşı mübarizə üzrə rayon Komissiyasının sədri Elnarə Əzizova, Yevlax rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev, polis əməkdaşları, Salahlı kənd tam orta məktəbinin rəhbərliyi və şagird kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirdi ki, dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Narkotik maddələrdən mütəmadi olaraq istifadə insanı məhv edir.Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib. müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir.
E.Əzizova narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı aparılan mübarizə metodlarından və qəbul olunan dövlət proqramından danışaraq bu sahədə təbliğat işlərinin geniş vüsət almasının vacibliyini bildirdi.Qeyd etdi ki, bəzi narkoti aludəçiləri ailəsinin və yaxınlarının yardımı ilə narkotik asılılığından can qurtarıb normal həyata qayıda bilir. Amma yüzlərlə gənc narkotik aludəsi kimi həyatını davam etdirir. Çünki, gənclərə narkotikin verəcəyi ziyanlardan, xəstəliklərdən xəbərsizdirlər.
Yevlax rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan şöbə rəisi, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib. Bildirilib ki, Yevlax RPŞ tərəfindən rayon ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
RPŞ-nin rəisi həmçinin narkotiklərin insan orqanizminə məhvedici təsiri, doğurduğu faciələr barədə danışıb. Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini bildirərək, ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb və gənclərin bu bəladan uzaq olmalarını, təhsilə, idmana maraq göstərmələrini tövsiyə edib. Narkomaniya asılılığını yaradan səbəblər və profilaktikası ilə bağlı vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin gedişində şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu yaralardan bəhs edən video-çarx nümayiş olunub.
 
Keçidlər