Yevlaxda “Narkomaniya ilə mübarizə, erkən nikahın fəsadları, dini ekstremizm və radikalizm” mövzusunda tədbir keçirilmişdir
17 oktyabr 2025 | 16:37
Yevlaxda “Narkomaniya ilə mübarizə, erkən nikahın fəsadları, dini ekstremizm və radikalizm” mövzusunda tədbir keçirilmişdir
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizə, erkən nikah və onun fəsadları, dini ekstremizm və radikalizm” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri Elnarə Əzizova, Yevlax Rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla proflaktiki işin təşkili qrupunun inspektoru polis leytenantı Mübariz Cəmilzadə, Yevlax rayon Prokurorunun köməkçisi Əli Cəlallı, YAP Yevlax rayon təşkilatının məsul əməkdaşı Maqsud Süleymanlı, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samiro Kərimov, komissiyanın üzvləri, təhsil müəssisələrinin rəhbərləri, gənclər və psixoloqlar iştirak etmişlər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyllərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıdığını bildirdi. Qeyd etdi ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. O həmçinin dini radikalizm və onun fəsadları, xurafat qarşı mübarizə metodları, ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən danışıb.
Sonra çıxış edən Yevlax Rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla proflaktiki işin təşkili qrupunun inspektoru polis leytenantı Mübariz Cəmilzadə, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Kərimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi Ümidvar Mamedov, həkim-narkoloq Saleh Səfərov, Yevlax şəhər N.Nərimanov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbin psixoloqu Elyar Əliyev narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkmiş, bu işdə müəllimlərin, tələbə gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulamışlar.
Sonda belə görüşlərin mütəmadi olaraq bütün məktəblərdə təşkil ediləcəyi diqqətə çatdırılmış, tələbələrin maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir. Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmanın müxtəlif növlərinə cəlb olunmaları bu cür pis halların yayılmasının qarşısının alınmasında mühüm rol oynayır. Tədbirdə mövzu ətrafında çıxışlar ediblər, iştirakçıları maraqlanıran suallar cavablandırılmışdır.
Tədbirin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






