Yevlaxda “Narkomaniya ilə mübarizə, erkən nikah və onun fəsadları, dini ekstremizm və radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib
11 aprel 2026 | 13:41
Yevlaxda “Narkomaniya ilə mübarizə, erkən nikah və onun fəsadları, dini ekstremizm və radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Xaldan kənd Kompleks tam orta ümumtəhsil məktəbində “Narkomaniya ilə mübarizə, erkən nikah və onun fəsadları, dini ekstremizm və radikalizm” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Elnarə Əzizova, Yevlax rayon prokurorunun müavini, ədliyyə müşaviri Emil Qurbanov, Yevlax rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Elşad Qurbanov, Yevlax Rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla proflaktiki işin təşkili qrupunun inspektoru, polis leytenantı Mübariz Cəmilzadə və ümumtəhsil məktəbinin kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyllərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıdığını bildirdi. Qeyd etdi ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. O həmçinin dini radikalizm və onun fəsadları, xurafat qarşı mübarizə metodları, ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən danışıb.
Yevlax rayon prokurorunun müavini, ədliyyə müşaviri Emil Qurbanov və Yevlax Rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla proflaktiki işin təşkili qrupunun inspektoru polis leytenantı Mübariz Cəmilzadə çıxışlarında Respublikamızda narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açaraq yeniyetmələri, gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırdılar.Həmçinin qeyd etdilər ki, dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün törətdiyi təhlükələrdən, eləcə də narkotik vasitələrdən yaranan asılılığın dəhşətlərindən, istər insan şəxsiyyətinə, istərsə də onların öz ailələrinə, cəmiyyətə vurduğu zərbələrdən danışıb. Şagirdlərə bu kimi zərərli vərdişlərdən uzaq olmaq, işıqlı fikirlərlə yaşayıb, təhsildə, idmanda yüksək nəticələr əldə etmək, layiqli vətəndaş kimi yaşamaq tövsiyə olunub. Sonda belə görüşlərin mütəmadi olaraq bütün məktəblərdə təşkil ediləcəyi diqqətə çatdırılıb.






