Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadlarına həsr edilmiş növbəti maarifləndirici tədbir keçirilib

05 may 2023 | 14:13
Yevlaxda Narkomaniya, erkən nikah, dini radikalizm və onun fəsadlarına həsr edilmiş növbəti maarifləndirici tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin, Yevlax rayon Polis şöbəsinin və Yevlax rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə rayonun Yuxarı Salamabad kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!” “Dini Radikalizm, erkən nigah və onun fəsadları" adlı növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Yevlax rayon Aşağı Salamabad kənd tam orta məktəbin direktoru Yasin Cavadov açıq elan etmiş, belə tədbirlərin cəmiyyətimiz üçün önəmini vurğulayaraq gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyillərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr barədə danışmışdır.
Tədbirdə çıxış edən Yevlax şəhər İcra Hakimiyyətinin başcısının müavini - İctimai-siyasi,humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyillərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr barədə danışıb, bildirib ki, narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşür. ŞİB-nın müavini həmçinin qeyd edib ki, Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir.Uşaq və yeniyetmələrlə iş ailədən başlanmalı, təhsillə davam etdirilməlidir. Gənc nəsildə vətənpərvərlik hissləri və digər müsbət meyillər uşaq yaşlarından aşılanmalıdır.
Yevlax Rayon Polis Şöbəsinin rəisi Polis Polkovniki Elnur Mehdiyev məruzə ilə çıxış edərək “əsrin bəlası” olan narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından söhbət açıb, narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərərlər, eləcə də insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verib.
O, ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasından və narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyindən danışıb, son dövrlərdə din pərdəsi arxasında gizlənib,cəmiyyəti məhvə aparan həmin şəxslərə qarşı da rayonda qabaqlayıcı tədbirlərin görüldüyünü diqqətə çatdırıb, erkən nikahın yaratdığı problemlər barədə danışıb.
Yevlax rayon Prokurorunun müavini, ədliyyə müşaviri Emil Qurbanov çıxışında bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın, erkən nikah və dini radikalizmin təhlükəli fəsadlarına qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, bu istiqamətdə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bunların qarşısının alınması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Belə halların qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, bu işdə ailənin və təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Tədbirdə həmçinin narkomaniyanın törətdiyi bəlalardan bəhs edən maarifləndirici film nümayiş olundu. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Все реакции:
Taleh R. Rəşidov, Nermin Reşidova и ещё 59
 
 
 
Keçidlər