Yevlaxda “Müstəqil Azərbaycanın memarı-Dahi Heydər Əliyev” adlı tədbir keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Yevlax Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycanın memarı-Dahi Heydər Əliyev” adlı tədbir keçirilib.
YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilmiş tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli, Yevlax “Gənclər Evi” SXM-in, GİKM-ın Yevlax nümayəndəliyinin, rayon Ağsaqqallar Şurasının rəhbərliyi və əməkdaşları, təhsil işçiləri, mədəniyyət işçiləri və rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd etdi ki 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı - ictimai-siyasi sabitlik təmin edildi. Ümumiyyətlə, bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu öndər Heydər Əliyev olmuşdur.Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın qurucusu,dahi Heydər Əliyev ideyaları bu gün Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan inkişaf və tərəqqi yolu ilə böyük uğurlara imza atır.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova bildirdi ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmizdə siyasi sabitlik yarandı, onun müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi.Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının Prezidenti oldu.
Sonra çıxış edən Yevlax şəhər Ağsaqqallar Şurasının sədr müavini,yazıçı Sərdar Məmmədov, YAP Yevlax rayon təşkilatının əməkdaşı Tural İsmayılov bildirdilər ki, Ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti azadlıq qazanaraq, qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. İnkişaf etmiş dövlətlərlə iqtisadi və siyasi əlaqələr quruldu. Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dayanır
Daha sonra tədbir iştirakçıları mərkəzində Azərbaycanın maraqlarının və insan faktorunun dayandığı müdrik siyasət ətrafında fikir mübadiləsi aparıblar.