Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Müqəddəs Qurban bayramı qeyd edilmişdir

15 iyun 2024 | 12:46
Yevlaxda Müqəddəs Qurban bayramı qeyd edilmişdir
Respublikamızın hər yerində olduğu kimi Yevlaxda da İslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini özündə əks etdirən bayramlardan biri olan Müqəddəs Qurban bayramı geniş qeyd edilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən bayram münasibətilə qurbanlar kəsilmiş, rayonda yaşayan Şəhid ailələrinə, qazilərə, Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına, Çernobl əlillərinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə - ümumilikdə 1500 ailəyə paylanmışdır.
Sakinlər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Qurban bayramı ərəfəsində onlara göstərilən sosial dəstəyə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər