Yevlaxda Müqəddəs Qurban bayramı qeyd edilib
27 may 2026 | 11:17
Yevlaxda Müqəddəs Qurban bayramı qeyd edilib
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən dini-mənəvi irsimizin yaşadılması və cəmiyyətimizdə birlik, həmrəylik, humanizm kimi ali dəyərlərin təşviqi daim diqqət mərkəzində saxlanılır. İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban Bayramının Ölkəmizdə geniş qeyd olunması milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşılmanın və vətəndaşlara dövlət qayğısının bariz təzahürüdür.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə kəsilən qurbanlıq qoyunlar paylaşdırılaraq şəhid ailələrinə, imtiyazlı və aztəminatlı şəxslərə, ümumilikdə 3000-ə yaxın ailəyə paylanılıb.
Rayondakı məscidlərdə xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi xatırlanıb.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






