Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Müqəddəs Qurban Bayramı qeyd edildi

28 iyun 2023 | 10:39
Yevlaxda Müqəddəs Qurban Bayramı qeyd edildi
Respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da insanları birliyə, həmrəyliyə çağıran Qurban bayramı böyük təntənə ilə qeyd olunub. Şəhər İcra Hakimiyyətinin tərəfindən qurbanlar kəsilib, rayonun qəsəbə və kəndlərində yaşayan Şəhid ailələrinə, Qarabağ Müharibəsi, Çernobıl, Əfqanıstan müharibəsi Əlillərinə və Veteranlarına, aztəminatlı ailələrə evlərində qurban payları verilib.
Qurban payı təqdim edilən ailələr Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Qurban Bayramı münasibətilə 1500-ə yaxın ailəni əhatə edən 3 tondan artıq qurban əti paylanılmışdır.
Keçidlər