Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Mülki müdafiə sahəsində 2023-cü ilin yekunu, 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib

09 dekabr 2023 | 13:17
Yevlaxda “Mülki müdafiə sahəsində 2023-cü ilin yekunu, 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətində Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, rayon tabeli obyektlərin və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştiraki ilə “Mülki müdafiə sahəsində 2023-cü ilin yekunu, 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Müşavirədə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi polkovnik-leytenant Elşən Bəşirov, Mərkəzin əməkdaşları və rayonun idarə müəssisələrinin rəhbərləri iştirak etmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Mərkəzinin əməkdaşları çıxışlarında mülki müdafiənin məqsədi, prinsipləri, planlaşdırılması haqqında məlumatlar veriblər.
Daha sonra tədbir iştirakçıları ilə idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları və 2024-cü ildə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Keçidlər