Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda mini futbol üzrə rayon turnirinə start verildi

06 may 2026 | 12:26
Yevlaxda mini futbol üzrə rayon turnirinə start verildi
Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatı təmsil edən 7 komandanın iştirakı ilə Mini futbol üzrə rayon turnirinə start verilib. Yevlax Şəhər İcra Hakimiyyətinin, Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Yevlax rayon komitəsinin birgə təşkilatçılığı ilə Yevlax Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Yevlax Olimpiya İdman Kompleksinin direktoru Nicat Haqverdiyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, Gənclər və idman, təhsil sektorlarının nümayəndələri, həmçinin rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin açılışına həsr edilmiş tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Sevindirici haldır ki,idmançılarımız beynəlxalq yarışlarda nailiyyətlər qazanmaqla Azərbaycanın bayrağını daim yüksəklərdə dalğalandırırlar. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Zəfərdən sonra topraqlarımız düşmən işğalından azad olunub. Artıq həmin bölgələrdə geniş abadlıq-quruculuq işləri aparılır. Şəhər və kəndlər abadlaşır, yeni infrastruktur obyektləri tikilərək istifadəyə verilir. Bu gün işğaldan azad olunmuş, həmin şəhər və rayonlarımızda beynəlxalq idman yarışları keçirilir.
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idmanın sahəsinin inkişafı siyasəti Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü fikir formalaşdırır. Azərbaycanın idman ölkəsi kimi tanınmasında təkcə Bakıda deyil, regionlarda da müasir idman infrastrukturunun qurulması mühüm rol oynayır. Yevlaxda istifadəyə verilən yeni Olimpiya İdman Kompleksi də bu siyasətin davamı kimi dəyərləndirilir.
Sonra çıxış edən Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov və Yevlax Olimpiya İdman Kompleksinin direktoru Nicat Haqverdiyev Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətindəki gənclər siyasətindən danışıb, ölkəmizdə idmana göstərilən dövlət qayğısının prioritet təşkil etdiyini vurğuladılar. Ölkəmizdə idman sahəsinə göstərilən yüksək dövlət qayğısına, eləcə də idmançıların inkişafı üçün yaradılan münbit şəraitə görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişlər.
Ümummili Liderin xatirəsinə həsr olunan Mini futbol turniri 5 gün davam edəcək və qalib komandaya təşkliatçılar tərəfindən kubok, diplom və qiymətli hədiyyələr təqdim olunacaq.
Keçidlər