Yevlaxda mini futbol idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir
13 avqust 2025 | 14:33
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə mini futbol idman növü üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir. Birinciliyin keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği və futbol idman növünə marağın artırılmasıdır.
Maraqlı və gərgin keçən yarışların sonunda qalib komandalar diplom və müxtəlif hədiyyələrlə təltif olunmuşdur.






