Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaşayış kompleksinin tikintisinə başlanılıb

29 fevral 2024 | 15:22
Yevlaxda Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaşayış kompleksinin tikintisinə başlanılıb
Yevlax şəhəri, Rəşad Budaqov küçəsində Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Yevlax Yaşayış Kompleksinin inşasına başlanılıb. Yaşayış kompleksinin ümumi sahəsi 1,9 hektar təşkil edir. Yaşayış kompleksi 7 mərtəbəli olmaqla 6 binadan ibarətdir. Bu binalarda ümumilikdə 329 mənzil olacaq ki, onlardan 14-nün studio tipli, 28-nin birotaqlı, 84-nün ikiotaqlı, 139-nun üçotaqlı, 64-nün dördotaqlı olması nəzərdə tutulur. Studio tipli mənzillərin sahəsi 43,1 – 43,4 kvadratmetr, birotaqlı mənzillərin sahəsi 45,4 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 58,6 – 86,6 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 73,9 – 98 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi 102,4 – 129,1 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sakinlər üçün istirahət guşələri yaradılacaq.
Keçidlər