Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda məktəblilərin icbari dispanzerizasiyası həyata keçirilir

03 may 2023 | 12:51
Yevlaxda məktəblilərin icbari dispanzerizasiyası həyata keçirilir
“Yevlax rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi tərəfindən rayon ərazisində məktəblilərin dispanzerizasiyası həyata keçirilir. Həyata keçirilən kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin əsas məqsədi uşaqların sağlamlığının qorunması, onların normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsidir.
Növbəti kompleks müayinə rayonun Xaldan kənd kompleks tam orta məktəbində keçirilib. Xəstəxananın tibbi heyəti tərəfindən məktəblilər müayinə olunub, xəstələnmə riski olan uşaqlar dispanser qeydiyyatına götürülüb, müalicə üçün təyinat alıblar.
Qeyd edək ki, işlər ilə ərzində davam etdiriləcəkdir.
Keçidlər