Yevlaxda məişət zorakılığı haqqında maarifləndirici görüş keçirilmişdir
05 dekabr 2022 | 18:08
Yevlax şəhərindəki Bəşir Səfəroğlu adına Xalq Teatrında Yevlax Şəhər İcra Hakimiyyəti, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birlikdə ölkəmizdə keçirilən Gender Əsaslı Zorakılığa qarşı 16 günlük Fəallıq Kompaniyası çərçivəsində məişət zorakılığı haqqında məlumatlandırma, zorakılığın doğurduğu mənfi nəticələrin müzakirə olunması və qurbanların müdafiəsinə dair mövcud müdafiə mexanizmi haqqında məlumatlılığın artırılması məqsədilə maarifləndirici görüş keçirilmişdir.
İnteraktiv formada keçirilən görüşdə ekspertlər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıldı.