Yevlaxda məhsul istehsalçıları ilə “ABAD” mərkəzlərinin fəaliyyət istiqamətləri barədə maarifləndirici söhbətlər aparılıb
Yevlaxda məhsul istehsalçıları ilə “ABAD” mərkəzlərinin fəaliyyət istiqamətləri barədə maarifləndirici söhbətlər aparılıb
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üçün tədbirlər planının 7.1.22-ci (“Ailə Biznesinə Asan Dəstək” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqi ilə bağlı) bəndinin icrasının təmin edilməsi məqsədilə Yevlax rayonu ərazisində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları tərəfindən ayrı-ayrı məhsul istehsalçıları ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı “ABAD” mərkəzləri şəbəkəsinin fəaliyyət istiqamətləri, göstərdiyi dəstək xidmətləri barədə geniş izahat və ətraflı məlumat verilib, o cümlədən onların fikir və təklifləri dinlənilib, iştirakçılara maraqlı olan suallar cavablandırılıb. İstehsalçılar bu sahədə qəbul olunmuş yeni qanunun müddəaları barədə məlumatlandırılıb. Görüş ailə təsərrüfatlarına məxsus olan şəxslərin “ABAD” PHŞ ilə əməkdaşlığının genişləndirilməsinin təşkili, “ABAD” mərkəzləri tərəfindən göstərilən bir çox xidmətlərin tədbiq dairəsinin genişləndirilməsi və bu sahəyə maraqlı olan hər bir vətəndaşların bu xidmətlərdən maksimum dərəcədə yararlana bilməsi məqsədilə təşkil olunub.