Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda maarifləndirici tədbir keçirilib

04 may 2026 | 18:23
Yevlaxda maarifləndirici tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətində Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2025-ci il tarixli, 744 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev , Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin nümayəndələri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və rayonun digər idarə, müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev əhalinin təhlükəsizliyinin təmin olunması, fövqəladə hallara hazırlığın artırılması və mümkün risklərin vaxtında qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindən biri ilduğunu qeyd etmişdir. O, sözügedən “Tədbirlər Planı”nın əhəmiyyətindən danışaraq, aidiyyəti qurumların bu sahədə üzərinə düşən vəzifələri diqqətə çatdırmışdır.Həmçinin vurğulamışdır ki, “Tədbirlər Planı”nında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində Yevlax şəhərində təhlükəsizlik mühiti daha da möhkəmlənəcək, əhalinin fövqəladə hallara hazırlıq səviyyəsi yüksələcək və mümkün risklərə qarşı dayanıqlı sistem formalaşacaqdır.
Daha sonra çıxış edən digər iştirakçılar mövzu ətrafında geniş məlumat vermiş, nüvə və digər kütləvi qırğın silahlarının yaratdığı təhlükələr, bu hallarda davranış qaydaları, profilaktik tədbirlər və əhalinin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikirlərini bölüşmüşlər. Tədbir çərçivəsində iştirakçıların təklifləri dinlənilmiş, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Sonda belə tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanmış, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Keçidlər