Yevlaxda Kür çayına balıq körpələri buraxılıb
28 dekabr 2022 | 14:05
Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Yevlax rayonunda həyata keçirilib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin, Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin , Nazirliyin aidiyyəti vəzifəli şəxslərinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsinə 100 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb.