Yevlaxda kümçülərə tut ipəkqurdu paylanılıb
26 aprel 2023 | 12:03
Yevlaxda kümçülərə tut ipəkqurdu paylanılıb
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Yevlaxda da baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
Rayona cari ildə 250 qutu tut ipək qurdu toxumu gətirilərək yetişdirilib 127 kümçüyə təhvil verilmişdir. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib və təlimata uyğun müddətdə kümxanalar dezinfeksiya olunaraq ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanmışdır.
Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir.