Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda kümçülərə ipəkqurdu toxumları paylanıldı

13 may 2022 | 14:11
 
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində Yevlax rayonunda da müntəzəm surətdə bu istiqamətdə işlər davam etdirilir, baramaçılığın keçmiş şöhrətinin qaytarılması üçün mühüm addımlar atılır. Rayonda ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsində Respublikamızda barama istehsalında əhəmiyyətli irəliləyişlər əldə edilir.
Ötən il Yevlax rayonunda 8,048 ton barama istehsal edilmişdir. Bu il isə Qax rayon Damazlıq İpəkçilik stansiyasından 230 qutu barama qurdu gətirilərək kümçülərə paylanması təmin edilmişdir. Rayonun 46 kəndi və 3 qəsəbəsində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilmiş, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanmışdır.
Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verəcəkdir.
Keçidlər