Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda küləyin və güclü yağışın fəsadları aradan qaldırılır

12 iyun 2024 | 10:47
Yevlaxda küləyin və güclü yağışın fəsadları aradan qaldırılır
Yevlax rayonu ərazisində 14 m/saniyə surətində qərb küləyi əsməsi, çox güclü intensivliyə malik leysan xarakterli yağış yağması nəticəsində rayonun elektrik təsərrüfatına ciddi ziyan dəymiş, şəhərdə, rayonun bir neçə kəndində evlərin həyətinə və əkin sahələrinə sel suları dolmuş, Nərimanabad kəndinin giriş hissəsindəki avtomobil körpüsünə ziyan dəymişdir. Həmçinin elektrik kabellər zədələnməsi nəticəsində 40-a yaxın kənd və qəsəbənin elektrik enerjisi ilə təminatında fasilə yaranmışdır. Kanalizasiya xətləri su axınını çatdırmadığından yağış suları küçələrdə və prospektlərdə yığılmış, kiçik gölməçələr əmələ gəlmişdir.
Fəsadın aradan qaldırılması üçün gecə saatlarından etibarən Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri ərazilərdə olmuş, müvafiq işlərin həyata keçirilməsi üçün aidiyəti qurumların canlı qüvvəsi və texnikaları, aidiyyəti xidmət sahələrinin işçiləri cəlb olunmuşdur.
Keçidlər