Yevlaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir
24 mart 2025 | 18:51
Yevlaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi magistral avtomobil yolunun rayonun Duzdağ qəsəbəsi ərazisindən keçən hissəsində növbəti ağacəkmə aksiyası təşkil olunmuşdur. Aksiyada Səmədabad İƏD üzrə nümayəndəliyin əməkdaşları, Səmədabad bələdiyyəsi və Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları iştirak etmişlər.