Yevlaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir
16 mart 2025 | 16:44
Yevlaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ölkəmizdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi magistral avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası təşkil olunmuşdur. Aksiyada Aran qəsəbə İƏD üzrə nümayəndəliyin əməkdaşları, Aran bələdiyyəsi və Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak etmişlər.
Ağacəkmə aksiyası zamanı əraziyə müxtəlif növ ağaclar əkilərək onlara aqrotexniki qulluq göstərilmişdir.