Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda konsert proqramı təşkil olunub

16 avqust 2026 | 14:00
 
Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə sakinlərin asudə vaxtının səmərəli və maraqlı təşkili, mədəni istirahətinin təmin olunması məqsədilə konsert proqramı təşkil olunub.
Heydər Əliyev Sarayının qarşısında keçirilən konsertdə rayonun idarə müəssisələrinin rəhbərləri, kollektivləri, sakinlər iştirak ediblər.
Konsert zamanı yerli ifaçılar tərəfindən müxtəlif janrlarda mahnılar səsləndirilib, musiqi nömrələri təqdim olunub.
Konsert proqramı şəhər sakinləri tərəfindən maraqla qarşılanıb. İştirakçılar musiqi sədaları altında xoş və yaddaqalan axşam keçirərək asudə vaxtlarını səmərəli şəkildə dəyərləndiriblər.
Belə mədəni-kütləvi tədbirlərin keçirilməsi şəhər sakinlərinin asudə vaxtının səmərəli təşkilinə, onların mədəni istirahətinin təmin olunmasına və şəhərin ictimai-mədəni həyatının canlanmasına mühüm töhfə verir.
Keçidlər