Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda kompleks mülki müdafiə təlimi keçirilib

30 noyabr 2022 | 14:02
 
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il üçün Hazırlıq planına müvafiq olaraq Yevlax rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Təlimə Yevlax rayonunun Mülki müdafiə rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və texnikası, rayon Fövqəladə Hallar Komissiyası və Mülki müdafiə qərargahı, mülki müdafiə xidmətləri, yüksək hazırlıqlı ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatlar celb olunub.
Kompleks təlim fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilmesi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılması məqsədilə keçirilib. Həmçinin, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının ve mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, Əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, ətrafa dağılan güclü təsirli zəhərləyici maddələrin neytrallaşdırılması ve yayılmasının qarşısının alınması, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlerinin həyata keçirilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal- enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya ve epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların həyat teminatının bərpası məqsədilə çadır şəhərciyində yerləşdirilməsi hərəkətlərini yerinə yetiriblər.
Kompleks təlimə ümumilikdə 201 nəfər şəxsi heyət və 58 ədəd texnika cəlb edilib. Tədbirin gedişində Fövqəladə Hallar Nazirliyinin cəlb olunan qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Keçidlər