Yevlaxda “Kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyası”nın iclası keçirilib
02 may 2025 | 20:33
Yevlaxda “Kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyası”nın iclası keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətində 2025-ci ildə kənd təsərrüfatınının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar “Yevlax rayonunda keçiriləcək kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyası” nın iclası keçirilmişdir. İclasda Komissiyanın sədri, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev və komissiya üzvləri iştirak etmişlər. İclasda Komissiyanın sədri, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev tərəfindən Yevlax rayonu ərazisində kənd təsərrüfatının siyahıyaalınması ilə əlaqədar hazırlıq işləri və onun keçirilməsi bağlı tədbirlərin vaxtında, mütəşəkkil qaydada yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılması, cəlb olunacaq təlimatçı-nəzarətçilərin, sayıcıların informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarına malik olan şəxslərdən müəyyənləşdirilməsi, bununla bağlı digər tədbirlərin təmin olunması barədə müvafiq tapşırıqlar verilmişdir.
İclas komissiya üzvlərinin mövzu ətrafında müzakirələr aparılmışdır.