Yevlaxda kanalizasiya sistemində baş vermiş qəza aradan qaldırılmışdır
27 may 2024 | 20:12
27.05.2024-cü il tarixdə Yevlax Su Kanal Sahəsinə məxsus 1 saylı fekal kanalizasiya nasos stansiyasından çıxan xətdə baş vermiş qəza nəticəsində şəhər ərazisində 3000-dən çox abonentin kanalizasiya çirkab suyunun şəhərdən kənarlaşdırılması dayanmışdır.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən məsələ dərhal nəzarətə götürülərək “Azərsu” ASC-yə müraciət edilmişdir. Müraciət əsasında “Azərsu” ASC-nin aidiyyəti qurumları tərəfindən təmir işləri həyata keçirilmiş, qəza aradan qaldırılmışdır.